Pekin olimpiadasına lisenziya qazanan güləşçi Azərbaycan yığmasından uzaqlaşdırılır
30.03.2008 - 12:37
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadınlardan ibarət güləş yığma komandasının üzvü Yuliya Radkeviç millidən uzaqlaşdırıla bilər. Bu haqda “APA-Sport” agentliyinə yığmamızın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, belaruslu legioner artıq bir neçə aydır məşqlərə qatılmır. Səbəb 55 kq çəki dərəcəsində çıxış edən güləşçimizin böyrəyindən müalicə olunmasıdır. N.Əlicanov bildirib ki, 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında millimizə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazandıran Y.Radkeviç hazırda arzuolunan formasından xeyli uzaqdır: “Avropa çempionatında Yuliyanın çəkisində Alyona Komarovanı sınayacağıq. Əgər Komarova etimadımızı doğrultsa, Radkeviçin millimizdəki karyerası sual altına düşə bilər. Hər şalda, qəti qərarı qitə birinciliyindən sonra qəbul edəcəyik”.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0