Azərbaycan gimnastları Qran-Pri turnirinin ilk günündə medal qazana bilməyiblər
30.03.2008 - 13:14
Bakı. Kənan Həsənov-APA-Sport. Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinin ikinci mərhələsi start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın birinci günündə çoxnövçülkdə mükafatçılar müəyyənləşib. Fərdi birincilikdə mübarizə aparan milli komandamızın üzvü Dinarə Gimatova medal qazana bilməyib. Qrup hərəkətləri üzrə yığmamız da mükafatçılar sırasına düşməyib. Həmyerlilərimiz bu gün ayrı-ayrı növlərdə gücünü sınayacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0