Azərbaycan şahmatçıları reytinq cədvəlində mövqelərini qoruyublar
30.03.2008 - 17:43
Bakı. Kənan Həsənov-APA-Sport. Şahmatçıların Peşəkar Assosiasiyası (ACP) 2007/2008 mövsümündə keçirilən yarışların nəticələrinə əsasən, yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 77 kişi şahmatçının sıralamasında yer alan təmsilçilərimizin mövqeyində dəyişiklik olmayıb. ACP-nin təqviminə daxil olan 6 yarışda iştirak edən milli komandamızın lideri Teymur Rəcəbov 1186 xalla beşinci sırada qərarlaşıb. Yığmamızın digər üzvü Vüqar Həşimov 445 xalla 23-cü pillədə yer alıb. Cəmi iki turnirdə çıxış edən Namiq Quliyev 65 xalla 62-ci yeri tutub. Siyahıya, iştirak etdiyi 6 yarışın yekununa əsasən 1917 xal toplayan hindistanlı dünya çempionu Vişvanatan Anand başçılıq edir.
- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0