Azərbaycan gimnastları Macarıstanda keçirilən beynəlxalq turnirdə üç gümüş, iki bürünc medala sahib çıxıblar
31.03.2008 - 11:40
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan bədii gimnastları Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, milli komandamızın üzvü Zeynəb Cavadlı halqa, lent və çoxnövçülükdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanıb. Yeniyetmələr arasında debüt edən Səidə Abdullayeva da fəxri kürsüyə yüksəlməyi bacarıb. Həmyerlimiz iplə hərəkətlərdə bürünc mükafata sahib çıxıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0