Azərbaycan gimnastları Qran-Pri turnirini mükafatsız başa vurublar
31.03.2008 - 11:55
Bakı. Kənan Həsənov-APA-Sport. Fransanın Tye şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinin ikinci mərhələsi başa çatıb. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, Azərbaycan idmançıları fəxri kürsüyə yüksələ bilməyiblər. Fərdi birincilikdə mübarizə aparan milli komandamızın üzvü Anna Qurbanova çoxnövçülükdə 6-cı yeri tutub. Təmsilçimizin ayrı-ayrı növlər üzrə finallarda ən yaxşı göstəricisi 5-ci yer olub. Qrup hərəkətləri üzrə milli komandamız və yeniyetmələrin birinciliyində mübarizə aparan Samirə Mustafayeva da eyni nəticəni təkrarlayıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0