Azərbaycan milli komandası Gəncədə hazırlıq keçir
31.03.2008 - 14:59
Gəncə. Ayxan Hüseynov-APA-Sport. Azərbaycanın üzgüçülük üzrə milli komandası Gəncə Olimpiya İdman Komleksində təlim-məşq toplantısı keçir. “APA-Sport” agentliyinin Qərb bürosunun məlumatına görə, yığmamız məşqlərə martın 24-dən başlayıb. Hazırlıq prosesi aprelin birinci on günlüyünə kimi davam edəcək. Qeyd edək ki, milli komandamızın yaxın vaxtlarda İngiltərədə keçiriləcək yarışda iştirakı nəzərdə tutulub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0