Azərbaycan cüdo yığması Yaponiyaya məğlub olub
31.03.2008 - 15:25
Bakı. Aqşin Əliyev-APA-Sport. Rusiyanın Sankt-Peterburq şəhərində Sovet İttifaqı Qəhrəmanı V.Y.Petrovun xatirəsinə həsr olunmuş yeniyetmə cüdoçulardan ibarət komandalar arasında 35-ci beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının da mübarizə apardığı yarışda 16 kollektiv 4 qrupda mübarizə aparıb. Milli komandamız qrup mərhələsində Finlandiya və Rusiya Mərkəzi Federal dairəsinə qalib gəlib. Son görüşdə Rusiya-1 komandasına uduzmasına baxmayaraq, yığmamız qrupda ikinci yeri tutaraq, 1/4 finala yüksəliblər. Lakin cüdoçularımız mübarizəni erkən dayandırıblar. Həmvətənlərimizin yarımfinala gedən yolunu yaponiyalılar kəsiblər. Asiya təmsilçisinə 3:4 hesabı ilə məğlub olan milli komandamızın üzvləri fəxri kürsüyə yüksələ bilməyiblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0