Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov Rusiyaya yollanıb
01.04.2008 - 12:51
Bakı. Kənan Həsənov-APA-SPORT. Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov Rusiyaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan həmyerlimiz aprelin 3-də Sankt-Peterburq şəhərində növbəti döyüşünə çıxacaq. Peşəkar rinqdə keçirdiyi 13 döyüşün 11-də (8 nokaut) qələbə qazanan, bir görüşdə uduzan və bir dəfə heç-heçə edən 34 yaşlı boksçumuzun rəqibi braziliyalı həmyaşıdı Daniel Bispo olacaq. Səkkiz raunddan ibarət görüş reytinq xarakterlidir. D.Bispo indiyədək keçirdiyi 28 görüşün 20-də (14 nokaut) qələbə qazanıb, 8 dəfə məğlub olub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0