Azərbaycanın idman gimnastları Belarus və Rusiyaya təlim-məşq toplanışına yollanıblar
01.04.2008 - 17:18
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın idman gimnastları Belarus və Rusiyaya təlim-məşq toplanışına yollanıblar. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, mayda başlayacaq Avropa çempionatında iştirakı planlaşdırılan Şakir Şıxəliyev Minskdə hazırlıq keçəcək. Fərid Ağazadə, Murad Tatlıyev və Mirvaqif Bağırov isə Sankt-Peterburqda təlim-məşq prosesində olacaqlar. Bu arada Bakıda Balakən gimnastlarının iştirakı ilə yadda qalan Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib. Gənclər arasında Mehdi Musayevlə Günay Məmmədli, idman ustaları arasında isə Elvin Ağadədəyev birinci yeri tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0