Çempionlar Liqasında ¼ final mərhələsinə start verilib
02.04.2008 - 10:07
Elşən Məmmədov-APA-Sport. UEFA Çempionlar Liqasının (ÇL) ¼ final mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günündə keçirilən hər iki qarşılaşmada qonaqlar qələbə qazanıblar. İtaliya vitse-çempionu “Roma” ötən mövsüm ÇL-in ¼ finalında 1:7 hesabı ilə uduzduğu “Mançester Yunayted”dən intiqam ala bilməyib. “Barselona” isə aparıcı futbolçuları Lionel Messi, Ronaldinyo və Dekunun zədə üzündən meydana çıxmadığı matçda “Şalke-04” üzərində qələbə qazanmağı bacarıb. İspaniyalılar elə oyunun əvvəllərindəcə gənc hücumçu Boyan Krkiçin qolu ilə görüşün taleyini həll ediblər.
“Roma” - “Mançester Yunayted” - 0:2
Ronaldo, 39, Runi, 66
“Şalke-04” (Almaniya) - “Barselona” (İspaniya) - 0:1
Krkiç, 12
Bu gün daha iki görüş keçiriləcək. Türkiyə çempionu “Fənərbaxça” İstanbulda İngiltərənin “Çelsi” klubunu qəbul edəcək. Digər oyunda İngiltərənin iki klubu – “Arsenal” və “Liverpul” Londonda qarşılaşacaq. Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0