Azərbaycan çaparı Camal Rəhimovun iştirak edəcəyi sonuncu lisenziya xarakterli turnir müəyyənləşib
02.04.2008 - 11:08
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan çaparı Camal Rəhimovun iştirak edəcəyi sonuncu lisenziya xarakterli turnir müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Atçılıq İdmanı Federasiyasının baş katibi Yusif Babayev məlumat verib. Onun sözlərinə görə, aprelin 20-dən sonra Rusiya və Türkiyədə paralel olaraq iki yarış təşkil ediləcək. Belçikada yaşayan və təhsil alan həmyerlimiz İstanbul şəhərində keçiriləcək dörd ulduzlu beynəlxalq turnirdə mübarizə aparacaq.
Qeyd edək ki, reytinq cədvəlində üçüncü pillədəki mövqeyini qoruyan C. Rəhimov Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq problemini böyük ölçüdə həll edib.
Qeyd edək ki, reytinq cədvəlində üçüncü pillədəki mövqeyini qoruyan C. Rəhimov Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq problemini böyük ölçüdə həll edib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0