Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası Tampereyə yollanır
02.04.2008 - 12:11
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası bu gecə Finlandiyanın Tampere şəhərinə yollanacaq. Millimiz hazırda davam edən güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatına qatılacaq. Komandamızın baş məşqçisi Elçin Cəfərov “APA-Sport” agentliyinə açıqlamasında qitə birinciliyinə yollanacaq altı güləşçimizin yaxşı hazırlıq keçdiklərini bildirib: “Güləşçilərimizin hazırlıq səviyyəsindən razıyam. Aralarında yüngül zədəlilər olsa da, artıq bu barədə geniş danışmağın mənası yoxdur. Bundan sonra idmançılar öz kişiliklərini, mübarizə əzmlərini göstərərək, Pekin Olimpiadasına minimum iki lisenziya vəzifəsinin öhdəsindən gəlməlidirlər”.
Qeyd edək ki, qitə birinciliyində ölkəmizi Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Hüsaməddin Rəcəbov (66 kq), İlqar Abdulov (74 kq), Denis Mişin (96 kq) və Anton Botev (120 kq) təmsil edəcək. Yunan-Roma güləşçilərinin mübarizəsinə aprelin 5-də start veriləcək. Həmin gün R.Bayramov, H.Rəcəbov və A.Botev döşək üzərinə çıxacaqlar. Ertəsi gün isə F.Əliyev, İ.Abdulov və D.Mişin qüvvələrini sınayacaqlar.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0