Pauerliftinq üzrə Azərbaycan çempionatı Şamaxıda keçiriləcək
02.04.2008 - 12:34
Bakı. Aqşin Əliyev-APA-Sport. Pauerliftinq və benç-press üzrə gənclər arasında növbəti Azərbaycan çempionatı Şamaxıda keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev məlumat verib. Onun sözlərinə görə, yarışın Bakıda deyil, Şamaxıda təşkil olunmasının obyektiv səbəbi var: “Məsələ burasındadır ki, indiyədək əksər turnirləri paytaxtda keçirmişik. Ancaq bu idman növünü regionlarda da yaymaq, geniş təbliğat aparmaq olduqca vacibdir. Bu məqsədlə ölkə çempionatını Şamaxıda keçirmək qərarına gəldik”. Ə.Əliyev bildirib ki, əsas milli komandanın bəzi üzvləri də çempionatda müsabiqədən kənar qüvvələrini sınayacaqlar. Aprelin 5-də Şamaxı Olimpiya Kompleksində start götürəcək turnir iki gün davam edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0