Bakıda keçiriləcək beynəlxalq otüstü hokkey turnirinə 7 ölkənin hakimləri təyinat alıb
02.04.2008 - 15:23
Bakı. Aqşin Əliyev-APA-Sport. Aprelin 12-dən 20-dək Bakıda qadınlardan ibarət otüstü hokkey yığmaları arasında təşkil olunacaq lisenziya xarakterli beynəlxalq turnirin oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışa 4 müxtəlif qitədə yerləşən 7 ölkədən hakim təyin olunub. Belə ki, qarşıdakı matçlar Hollandiya, Avstriya, Cəbəllütariq, İrlandiya, Çin, Cənubi Afrika Respublikası və Argentinadan olan hakimlərə tapşırılıb. Beynəlxalq Otüstü Hokkey Federasiyasının rəhbərliyi məhz obyektivliyi qorumaq məqsədilə yarışa qatılacaq ölkələrin hakimlərinə dəvət göndərməyib.
Qeyd edək ki, turnirdə Azərbaycan, İspaniya, Ukrayna, Belarus, Çili və Keniya milli komandaları olimpiadaya yeganə vəsiqə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirdə Azərbaycan, İspaniya, Ukrayna, Belarus, Çili və Keniya milli komandaları olimpiadaya yeganə vəsiqə uğrunda mübarizə aparacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0