Teymur Rəcəbov Rusiya çempionatının ikinci turunda oynamayacaq
03.04.2008 - 12:57
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında bu gün 2-ci turun oyunları keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi iddialı “Ural” klubu “Ekonomist-SQSEU-2” komandası ilə qarşılaşacaq. Rəqib heyətinə görə zəif olduğundan qrossmeysterimiz bu görüşdə iştirak etməyəcək. Birinci turda “Ural”a uduzan Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu isə Vüqar Həşimovun çıxış etdiyi “Şatar-Metropol” komandası ilə qarşılaşacaq. V.Həşimov birinci lövhədə rəqibin ukraynalı lideri Ruslan Ponomaryovla, Ş.Məmmədyarov isə üçüncü lövhədə rusiyalı Pavel Trequbovla oynayacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0