Azərbaycanı Rusiyada keçiriləcək beynəlxalq turnirdə 19 cüdoçu təmsil edəcək
03.04.2008 - 13:02
Bakı. Aqşin Əliyev-APA-Sport. Rusiyanın Tver şəhərində yeniyetmə cüdoçular arasında beynəlxalq turnir keçiriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda ölkəmizi 19 cüdoçu təmsil edəcək. Oğlanların mübarizəsində Həmid Dilbazov, Ceyhun Rufullayev (hər ikisi 50 kq), Rəşad Pəncəli, Vüqar Şirinli (hər ikisi 55 kq), İsmayıl Piriyev, Fəqan Eminoğlu, Nurlan Əliyev (hər ikisi 60 kq), Cəlil Həziyev, Orxan Hacıağalı (hər ikisi 66 kq), Məhəmməd Xuduzadə, Nəsib Əmrahov (hər ikisi 73 kq), Hikmət Alışov, Cəsur Rəcəbli (81 kq), Orxan Səfərov (90 kq) və Elvar Güləhmədzadə (+90 kq) qüvvəsini sınayacaq. Bundan başqa, mükafatlar uğrunda 4 xanım idmançımız - Ülviyyə Vəliyeva (44 kq), Səbinə Allahverdiyeva (52 kq), Elmira Mustafayeva (57 kq) və Xanım Hüseynova (63 kq) güləşəcək. Həmyerlilərimiz aprelin 12-13-də baş tutacaq turnirə məşqçilər Rəşad Həsənovla Rəşad Məmmədovun rəhbərliyi altında hazırlaşacaqlar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0