Azərbaycan yığması Sankt-Peterburqda başa çatan açıq turnirin qalibi olub
03.04.2008 - 15:36
Sankt-Peterburq. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində başa çatan açıq turnirin qalibi olub. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Azər Babayev məlumat verib. Onun sözlərinə görə, 1992-93-cü il təvəllüdlü vaterpolçular arasında keçirilən turnirdə dörd komanda mübarizə aparıb. Dairəvi sistemlə keçirilən yarışda vaterpolçularımız Sankt-Peterburq təmsilçiləri ilə qarşılaşıb. Əvvəlcə Ali Olimpiya Ustalığı Məktəbinin komandası ilə görüşən millimiz 17:9 hesablı qələbə qazanıb. Növbəti oyunda yığmamız «Ekran» klubunu məğlubiyyətə uğradıb – 12:9. Son matçda isə komandamız Sankt-Peterburq yığmasını yenib – 14:9.
Yeniyetmə vaterpolçularımıza pul mükafatı, suvenirlər, diplomlar və qiymətli hədiyyələr verilib.
Yeniyetmə vaterpolçularımıza pul mükafatı, suvenirlər, diplomlar və qiymətli hədiyyələr verilib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0