Azərbaycan şahmatçısı Araz Alməmmədov Avropa çempionu olub
04.04.2008 - 12:19
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyənin Antalya şəhərində şahmat məsələləri və etüdlərinin həlli üzrə IV Avropa çempionatı keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda ölkəmizi dörd iti zəka sahibi təmsil edib. 11 dəfə Azərbaycan çempionu olan Araz Alməmmədov 45 mümkün xaldan 40 xal toplayaraq qitə birinciliyinin qızıl medalını qazanıb. Dünya çempionatının dördqat iştirakçısı Aqşin Məsimov, Ramil Cavadov və Samir Kərimov fəxri kürsüyə yüksələ bilməyiblər. Paralel olaraq keçirilən açıq turnirə də qatılan təmsilçilərimizdən isə yalnız R.Cavadov bürünc medalla kifayətlənib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0