Valeri Porşkovun komandası Superliqada dördüncü yerdədir
04.04.2008 - 12:20
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyə həndbol Superliqasında növbəti turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının lideri Valeri Porşkovun şərəfini qoruduğu “Beşiktaş” səfərdə “Çankaya Bələdiyyəsi” klubuna 29:25 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan həmyerlimizin oyunu iki ulduzla qiymətləndirilib. Bu qələbə nəticəsində xallarının sayını 28-ə çatdıran İstanbul klubu turnir cədvəlinin 4-cü pillədəki mövqeyini möhkəmləndirib. Vadim Skreptsov, Eldar Fərəcov, Oleq və Sergey Georgiyevski qardaşlarının şərəfini qoruduğu “Trabzon Bələdiyyəsi” klubu isə 20 xalla 7-ci sırada qərarlaşıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0