Azərbaycan yunan-Roma və sərbəst güləş üzrə klublararası Avropa Kubokunda təmsil olunacaq
04.04.2008 - 13:59
Tampere. Elşən Məmmədov-APA-Sport. Avropa Güləş Komitələri Assosiasiyası (CELA) bu ildən etibarən yunan-Roma və sərbəst güləş üzrə klublararası Avropa Kuboku turniri keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yunan-Roma güləşi üzrə yarışlar 30 maydan 15 iyunadək, sərbəst güləşçilərin mübarizəsi isə 7 noyabrdan 14 dekabradək baş tutacaq. Hər iki növ üzrə iştirakçı klublar iki qrupda mübarizə aparacaqlar. Həm yunan-Roma, həm də sərbəst güləş növlərində Azərbaycanı təmsil edəcək klublar A qrupunda yer alacaqlar. Yunan-Roma güləşində təmsilçimiz Rusiya, Ukrayna, Türkiyə, İsveç və Belarus, sərbəst güləşdə Rusiya, Ukrayna, Türkiyə, Belarus və Gürcüstan klubları ilə rəqib olacaq. Avropanın qalan milli federasiyalarına isə B qrupunda təmsil olunmaq üçün dəvət göndəriləcək. A qrupunun qalibi 2008-ci ilin klublararası Avropa çempionu tituluna sahib çıxacaq. Sonuncu iki yeri tutanları isə növbəti ildən B qrupunda ilk iki pillənin sahibləri əvəzləyəcək. Görüşlər seçmə və final mərhələlərindən ibarət olacaq. Turnirin keçiriləcəyi məkan CELA tərəfindən müəyyənləşdiriləcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0