Azərbaycan milli komandaları Avropa Millətlər Çempionatında mübarizə aparacaq
04.04.2008 - 14:55
Tampere. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaları Avropa Güləş Komitələri Assosiasiyasının qitə ölkələri arasında ilk dəfə təşkil edəcəyi Avropa Millətlər Çempionatında mübarizə aparacaq. «APA-Sport» agentliyinin məlumatına görə, turnirə hər bir ölkənin yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaları qatılacaqlar. Yunan-Roma və sərbəst güləşçilər 60, 66, 74 və 96, qadın güləşçilər isə 55, 59, 63 və 72 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar. Yarış seçmə qrup və final mərhələsindən ibarət olacaq. İlk mərhələnin startı sentyabrın sonlarında, həlledici qarşılaşmalar isə oktyabrın sonlarında baş tutacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0