Teymur Rəcəbov Rusiya çempionatında Sergey Karyakinlə heç-heçə oynayıb
05.04.2008 - 09:50
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 3-cü turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbovun çıxış etdiyi “Ural” klubu “Tomsk”la qarşılaşıb. Qara fiqurlarla oynayan qrossmeysterimiz 47-ci gedişdə Sergey Karyakinlə heç-heçə edib. Oyundan 4:2 hesablı qələbə ilə ayrılan “Ural” liderliyini davam etdirir. T.Rəcəbovun komandası “Ekonomist-1”lə eyni sayda 6 xal toplayaraq ilk sırada qərarlaşıb. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” klubu isə “Yujnı Ural”ı üstələyib – 3,5:2,5. Vüqar Həşimovun çıxış etdiyi “Şatar-Metropol” “Ekonomist-2”lə sülh bağlayıb – 3:3. Ş.Məmmədyarovla V.Həşimov bu turda çıxış etməyib. 3 turdan sonra hesabında 4 xal olan “Şatar-Metropol” üçüncü, bir xal geri qalan “Spasio-Swis” 5-ci sıraya şərikdir. Növbəti turda “Spasio-Swis” ŞSM, “Ural” “Politexnik”, “Şatar-Metropol” “Tomsk”la qarşılaşacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0