Azərbaycan qılıncoynadanları bu gün dünya çempionatında mübarizəyə başlayacaqlar
07.04.2008 - 10:26
Bakı. Kənan Həsənov-APA-Sport. Bu gün İtaliyanın Kataniya şəhərində gənc qılıncoynadanlar arasında növbəti dünya çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında milli komandamızın üzvləri də mübarizə aparacaqlar. Sablya üzrə birincilikdə Yusif Budaqov, Namiq Ağakərimov, Murad Əliyev, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacıları çıxış edəcək. Şpaqaçı qızların yarışında isə Elmira Xudaverdiyeva mübarizə aparacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0