Azərbaycan gimnastı Aliyə Qarayeva Qran-Pri turnirində 1 gümüş, 1 bürünc medala sahib çıxıb
07.04.2008 - 10:33
Bakı. Kənan Həsənov-APA-Sport. Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə Qran-Pri turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadəyə istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışda mübarizə aparan təmsilçilərimizdən yalnız Aliyə Qarayeva fəxri kürsüyə yüksəlməyi bacarıb. Milli komandamızın lideri çoxnövçülükdə gümüş, halqa ilə finalda isə bürünc medal qazanıb. Yığmanın digər üzvü Anna Qurbanovanın ən yaxşı göstəricisi lentlə finalda 4-cü yeri tutması olub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0