Azərbaycan basketbolçusu Aleksandr Rındin Rusiya çempionatında 32 xal toplayıb
07.04.2008 - 12:18
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın basketbolçusu Aleksandr Rındinin şərəfini qoruduğu “Ural-Qreyt-2” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, permlilər Kazan şəhərində yerli “Uniks-2” ilə qarşılaşıb. Hər iki oyun “Ural-Qreyt-2”nin müvafiq olaraq 92:70 və 80:73 hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə mübarizə aparan A.Rındin ilk oyunda 18, ikinci görüşdə 14 xal toplayıb. Keçirdiyi 44-cü oyunda 34-cü qələbəsini qazanan “Ural-Qreyt-2” klubu 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0