Azərbaycan taekvondoçuları Avropa çempionatına yollanıblar
07.04.2008 - 13:09
Bakı. Aqşin Əliyev-APA-Sport. Taekvondo üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında iştirak etmək üçün bu gün İtaliyanın paytaxtı Romaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, qitə birinciliyində ölkəmizin şərəfini 14 idmançı qoruyacaq. Aprelin 10-da startı veriləcək yarışda kişilərdən Vüqar Kərimov (54 kq), Elnur Amanov (58 kq), Rövşən Məmmədov (62 kq), İlkin Şahbazov (67 kq), Niyaməddin Paşayev (72 kq) Elvin Məmmədov (78 kq), Təvəkkül Bayramov (84 kq) və Vüqar Məcidov (+84 kq) çıxış edəcək. Xanım taekvondoçularımızdan isə Şəhrun Yusifova (47 kq), Leyla Yusubova (51 kq), Nigar Hacıyeva (55 kq), Səbinə Mikayılova (59 kq), Günay Ağakişiyeva (63 kq) və Yelena Abbasova (68 kq) qüvvəsini sınayacaq. Bundan başqa, Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədov da Romaya yollanıb. Lakin 26 yaşlı taekvondoçu döşək üzərinə çıxmayaraq, olimpiadadakı potensial rəqiblərinin görüşlərini izləyəcək. Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0