Azərbaycan sambo yığması Avropa çempionatına istirahət mərkəzində hazırlaşacaq
07.04.2008 - 13:43
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sambo yığma komandası aprelin 12-dən təlim-məşq toplantısına yığışacaq. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, iki həftə davam edəcək toplanış aprelin 29-da Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Təlim-məşq prosesinə 18 samboçu qatılacaq. Onlar Müdafiə Nazirliyinin Goradil istirahət mərkəzində məşğul olacaqlar: «Bu məkanı özüm seçmişəm. Orada təlim-məşq toplantısı üçün çox yaxşı şərait var. Yalnız sambo döşəkləri yoxdur ki, onu da öz imkanlarımız hesabına həll edəcəyik».
Qeyd edək ki, Avropa çempionatına mayın 1-də yekun vurulacaq.
Qeyd edək ki, Avropa çempionatına mayın 1-də yekun vurulacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0