Azərbaycan gimnastları Sloveniyada təşkil olunacaq dünya kubokunda iştirak edəcəklər
07.04.2008 - 15:43
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan bədii gimnastları aprelin 12-də Sloveniyanın Maribor şəhərində start götürəcək dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda ölkəmizi milli komandamızın üzvləri Aliyə Qarayeva ilə Anna Qurbanova təmsil edəcəklər. Eyni müddətdə Yunanıstanın Kalamat şəhərində təşkil olunacaq beynəlxalq turnirdə isə yığmanın digər üzvü Zeynəb Cavadlının iştirakı nəzərdə tutulub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0