Azərbaycanın baydarka və kanoe üzrə yığma komandası Mingəçevirə yollanacaq
07.04.2008 - 16:22
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın baydarka və kanoe üzrə yeniyetmə (U-18) və gənclərdən (U-23) ibarət yığma komandaları aprelin 20-də Mingəçevir şəhərinə növbəti təlim-məşq toplantısına yollanacaq. «APA-Sport» agentliyinin məlumatına görə, 19 gün davam edəcək təlim-məşq toplantısında məşqçilər heyəti 12 idmançının xidmətindən yararlanacaq. Onlardan yarısı – Qulam Səlimov, Habil İsmayılzadə, Rüfət Vəliyev, Elvin Cəfərov, Emin Cəfərov və Əhməd Yusifov yeniyetmələr, qalan hissəsi – Fikrət Zeynalov, Ruslan Lokov, Elçin Serov, Elçin Yusifov, Samir Həmidov və Elmar Məmmədov gənclərdən ibarət yığmamızın heyətində yer alacaqlar. Hazırlıq prosesinin ardından baydarka və kanoeçilərimiz Mingəçevirdə yeniyetmə və gənclər arasında start götürəcək Azərbaycan çempionatına qatılacaqlar. Toplanış və ölkə birinciliyi 17 – 20 iyulda Macarıstanın Seqed şəhərində keçiriləcək gənclərin Avropa birinciliyinə hazırlıq xarakteri daşıyacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0