“Atilla” cüdo klubunun açılış mərasimi keçirilib
07.04.2008 - 17:19
Bakı. Aqşin Əliyev-APA-Sport. Bu gün “Atilla” cüdo klubunun təmir işlərindən sonra açılışı mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri, yığmanın məşqçiləri, idmançılar və qonaqlar iştirak ediblər. Öncə söz ACF-nin vitse-prezidenti Nəbi Şükürlüyə verilib. O, vaxtilə klubda vəziyyətin acınacaqlı və bərbad olduğunu bildirib: “Bununla bağlı, ötən ilin sonlarında federasiyanın prezidenti Füzuli Ələkbərova müraciət etdik. Gördüyünüz kimi, klub çox gözəl təmir edilərək, yenidən cüdoçuların ixtiyarına verilib”. Daha sonra çıxış edən federasiyanın digər vitse-prezidenti Matvey Yelizarov Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatına yollanacaq milli komandanın üzvlərinə uğurlar arzulayıb. Ardından söz alan natiqlər təmir işləri üçün ACF rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0