Rövşən Bayramov: “Erməni güləşçisinə uduzmağı ağlıma belə gətirmirdim”
08.04.2008 - 10:19
55 kq çəkidə ardıcıl ikinci il qitə çempionu adını qazanan R.Bayramovun sözlərinə görə, bu dəfəki uğuru daha əlamətdar olub: “Həm Avropa çempionu oldum, həm Pekin Olimpiadasına lisenziya qazandım, həm də finalda ermənini məğlub etdim. Əldə etdiyim uğurlara görə baş məşqçimiz Elçin Cəfərova minnətdaram. Onun üzərimdə böyük əməyi oldu”. Avropa çempionatının finalında Ermənistan təmsilçisi Roman Amoyana qalib gələn 21 yaşlı güləşçimiz bildirib ki, düşmən ölkə idmançısına məğlubiyyəti ağlına belə gətirməyib: “Düşünürdüm ki, erməniyə uduzsam, karyeramı necə davam etdirərəm?”
Qeyd edək ki, bu gecə Bakıya qayıdan yunan-Roma güləşçilərimizə qitə birinciliyində yeganə medalı R.Bayramov qazandırıb.
Qeyd edək ki, bu gecə Bakıya qayıdan yunan-Roma güləşçilərimizə qitə birinciliyində yeganə medalı R.Bayramov qazandırıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0