Azərbaycan qılıncoynadanı dünya çempionatında 54-cü yeri tutub
08.04.2008 - 12:55
Bakı. Kənan Həsənov-APA-Sport. İtaliyanın Kataniya şəhərində gənc qılıncoynadanlar arasında növbəti dünya çempionatı start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında milli komandamızın üzvləri də mübarizə aparırlar. Yarışın birinci günündə təmsilçilərimizdən Yusif Budaqov uğursuz çıxış edib. Qrupda keçirdiyi beş görüşün dördündə uduzan sablyaçımız 67 idmançı arasında 54-cü yeri tutub. Çempionatda, həmçinin Elmira Xudaverdiyeva, Namiq Ağakərimov, Murad Əliyev, Aidə Ələsgərova, Sevil və Sevinc Bünyatova bacıları çıxış edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0