Azərbaycan gimnastı Rumıniyada uğursuz çıxış edib
08.04.2008 - 14:57
Bakı. Kənan Həsənov – APA-Sport. Rumıniyada bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. “APA-Sport” agentliyinin Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, yarışda ölkəmizi bir idmançı təmsil edib. Yeniyetmələrin birinciliyində çıxış edən Nigar Əbdüsəlimova fəxri kürsüyə yüksələ bilməyib. Gimnastımızın ən yaxşı göstəricisi halqa ilə hərəkətlərdə 9-cu, topla 10-cu yeri tutması olub. İlk üç pillədə isə müvafiq olaraq Rusiya, Rumıniya və Ukrayna gimnastları yer alıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0