Fazil Məmmədov Azərbaycan güləşçilərini mükafatlandıracaq
08.04.2008 - 17:34
Bakı. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında 7 medal qazanan Azərbaycan güləşçiləri mükafatlandırılacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, Güləş Federasiyasının prezidenti, vergilər naziri Fazil Məmmədov qitə birinciliyində mübarizə aparmış pəhləvanlarımızla sabah görüş keçirəcək. Federasiyanın digər rəsmilərinin və yığma komandalarımızın məşqçilər heyətinin də qatılacağı tədbirdə idmançılarımızın çıxışları dəyərləndiriləcək. Görüşdə, həmçinin güləşçilərimizə mükafatlar təqdim ediləcək.
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə qitə birinciliyində Rövşən Bayramov və Mariya Stadnik qızıl, Elvira Mürsəlova gümüş, Emin Əzizov, Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayev isə bürünc medala sahib çıxıb.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0