Azərbaycan şahmatçısı “Dubai Open-2008” şahmat turnirində ilk qələbəsini qazanıb
09.04.2008 - 11:46
Bakı. Kənan Həsənov - APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində 3-cü turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 45000 ABŞ dolları mükafat fondu olan yarışda səkkiz şahmatçımız altısı ön sıralarda qərarlaşıb. Yeniyetmələr arasında Avropa və dünya çempionu Eltac Səfərli ilə Rəsul İbrahimov üç oyundan 2,5 xal toplayıb. Turnirin reytinq favoriti Qədir Hüseynov, Sərxan Quliyev, İlqar Bacarani və Loğman Quliyevin hesabında 2 xal var. Ardıcıl üç görüşdə heç-heçə edən Vasif Durarbəyli 1,5, ilk qələbəsini qazanan Ülvi Bacarani isə 1 xal toplayıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0