Azərbaycan futzal yığması Hollandiyaya böyük hesabla uduzub
10.04.2008 - 10:09
La Vella. Mehman Süleymanov – APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət futzal yığması Avropa çempionatının seçmə qrup mərhələsində ilk məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Hacıbala Abdullayevin çalışdırdığı komandamız Andorrada keçirilən yarış çərçivəsində qrupda keçirdiyi ikinci görüşündə Hollandiya yığmasına böyük hesabla uduzub – 2:8. Bununla da futzal yığmamız dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək final mərhələsində iştirak etmək şansını itirib. Final mərhələsinə yalnız qrup qalibi çıxır ki, Hollandiya yığmamızı yenməklə yeganə vəsiqəyə əsas namizəd sayılır. Qrupda keçirilən digər oyunda meydan sahibləri İrlandiyanı 2:1 hesabı ilə məğlub edib. Yığmamız sonuncu görüşünü sabah qrup autsayderi İrlandiya ilə keçirəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0