Azərbaycanı Pekin olimpiadasında Hicran Şərifov təmsil edəcək
10.04.2008 - 17:22
Lozanna. Elşən Məmmədov-APA-Sport. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında güləş üzrə görüşləri idarə edəcək hakimlərin siyahısını açıqlayıb. «APA-Sport» agentliyinin FİLA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, avqustun 8-də start götürəcək Olimpiadada sərbəst, yunan-Roma və qadın güləşi növlərində qarşılaşmalara 35 ölkədən 61 hakim təyinat alıb. Yarışda Azərbaycanı yalnız Hicran Şərifov təmsil edəcək. Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında Azərbaycan güləşçisi Xetaq Qazyumova (96 kq) qarşı haqsızlıq edən İsveçrə, Gürcüstan və Yaponiyadan olan hakimlər də Olimpiadaya qatılacaqlar.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi X.Qazyumovu rusiyalı pəhləvan Hacımurad Qatsalova qəsdən uduzduran hakimlərin FİLA rəhbərliyi tərəfindən qitə birinciliyindən və Olimpiadada güləş görüşlərini idarə edəcək hakimlər siyahısından kənarlaşdırıldıqlarını açıqlamışdı.

- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0