Azərbaycan taekvondoçusu Elnur Amanov Avropa çempionu olub
11.04.2008 - 10:24
58 kq çəkidə çıxış edən Elnur Amanov qitə birinciliyinin qızıl medalını qazanıb. O, finala gedən yolda ardıcıl olaraq Marian Katalin Sandu (Rumıniya), David Dorazi (İtaliya), Ninoslav Babiç (Serbiya) və Tayron Robinsonu (Böyük Britaniya) mübarizədən kənarlaşdırıb. Həlledici qarşılaşmada isə Boris Vinkleri (Almaniya) məğlub edən həmvətənimiz Avropa çempionu olub. Digər taekvondoçularımızdan ötənilki dünya çempionatının gümüş mükafatçısı Təvəkkül Bayramov (84 kq) elə ilk görüşdəcə Mixael Uginklə (Hollandiya) qarşılaşmada uduzaraq, mübarizəni dayandırıb. Qadınların mübarizəsində Şahrun Yusifova (47 kq) ¼ finaladək irəliləməyi bacarıb. O, ilk iki qarşılaşmada Foteini Birmpa (Yunanıstan) və Nina Prçak Dolinşeki (Sloveniya) yenməyi bacarsa da, növbəti cəhddə qarşısını Kadriye Səlimoğlu (Türkiyə) kəsib. Leyla Yusubova (51 kq) da T.Bayramov kimi, ilk görüşdəcə Sevde Maviyə (Türkiyə) uduzaraq mübarizəni dayandırıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0