Azərbaycan paralimpiyaçıları Fransaya yollanıb
11.04.2008 - 12:08
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan cüdoçuları 2008-ci il Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədilə Fransaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Əhməddin Rəcəbli və Tərlan Poladovun rəhbərlik etdiyi paralimpiyaçılardan ibarət yığma komanda aprelin 12-19-u aralığında Bromat şəhərində təlim məşq toplanışı keçirəcək. Fransa səfərinə qədər iki dəfə Quba Olimpiya Kompleksində toplanış keçmiş cüdoçular may ayından etibarən məşqçilərin hazırladığı xüsusi proqramla hazırlaşacaq. Qeyd edək ki, bu proqramda daha üç toplanışın keçirilməsi nəzərdə tutub.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0