Azərbaycanlı hakim Olimpiya lisenziyalı beynəlxalq turnirə təyinat alıb
11.04.2008 - 13:35
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanlı beynəlxalq dərəcəli hakim Hicran Şərifov İsveçə yollanacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, H.Şərifov aprelin 18-də Martini şəhərində start götürəcək sərbəst güləş üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinin qarşılaşmalarını idarə edəcək. O, 3 gün davam edəcək yarışa Azərbaycanın 5 pəhləvanı – Namiq Sevdimov ( 55 kq ), Zəlimxan Hüseynov (60 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevlə (120 kq) birgə yola düşəcək.
Qeyd edək ki, H.Şərifov həm də Pekin Olimpiadası çərçivəsində güləş qarşılaşmalarında ədaləti qoruyacaq yeganə hakimimiz olacaq.
Qeyd edək ki, H.Şərifov həm də Pekin Olimpiadası çərçivəsində güləş qarşılaşmalarında ədaləti qoruyacaq yeganə hakimimiz olacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0