Rəsul İbrahimov “Dubai Open-2008” turnirində liderdən 1,5 xal geri qalır
11.04.2008 - 14:04
Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan “Dubai Open-2008” ənənəvi şahmat turnirində 5-ci turun görüşləri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan Azərbaycan şahmatçıları fərqli mövqelərdə qərarlaşıblar. Beş oyundan 3,5 xal toplayan Rəsul İbrahimov, Eltac Səfərli, turnirin reytinq favoriti Qədir Hüseynov və Loğman Quliyev liderdən 1,5 xal geri qalırlar. Vasif Durarbəyli ilə Sərxan Quliyev 3, İlqar Bacarani 2,5, Ülvi Bacarani 2 xal toplayıb. 132 şahmatçının iştirak etdiyi turnirin vahid lideri ardıcıl beş oyunda qələbə qazanan filippinli Su Ueslidir.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0