Azərbaycan həndbolçusunun komandası Türkiyə kubokunda mübarizəni dayandırıb
11.04.2008 - 15:18
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın həndbol üzrə milli komandasının lideri Valeri Porşkovun şərəfini qoruduğu “Beşiktaş” Türkiyə kubokunda mübarizəni dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin komandası İstanbulda gözlənilmədən “Çankaya Bələdiyyəsi” klubuna məğlub olub. Süleyman Səba İdman sarayında keçirilən oyun qonaqların 34:29 hesablı qələbəsi ilə nəticələnib. Əsas heyətdə mübarizə aparan V.Porşkovun oyunu iki ulduzla qiymətləndirilib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0