Azərbaycan taekvondoçusu Rövşən Məmmədov Avropa çempionatına qələbə ilə başlayıb
11.04.2008 - 16:07
Roma. Elşən Məmmədov-APA-Sport. İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın daha 3 taekvondoçusu mübarizəyə qoşulub. “APA-Sport” agentliyinin məlumatına görə, idmançılarımızdan yalnız Rövşən Məmmədov (62 kq) turnirə qələbə ilə başlayıb. O, ilk görüşündə Şimal Yusifi (Finlandiya) məğlub edib – 3:1. R.Məmmədov növbəti döyüşünü Xose Luis Mendes Ximenesə (İspaniya) qarşı keçirəcək. Digər taekvondoçularımıza gəlincə, Vüqar Kərimov (54 kq) startdaca İvan Zrinuçisə (Bosniya və Herseqovina) 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Qadınların mübarizəsində Yelena Abbasova (67 kq) da eyni aqibətlə üzləşib. Onun qarşısını isə Petra Matiyseviç (Xorvatiya) kəsib – 2:6.
Qeyd edək ki, yarışların ilk günü bütün rəqiblərini məğlub edən həmyerlimiz Elnur Amanov qızıl medala sahib çıxıb.
Qeyd edək ki, yarışların ilk günü bütün rəqiblərini məğlub edən həmyerlimiz Elnur Amanov qızıl medala sahib çıxıb.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0