Bakıda qadın otüstü hokkey komandaları arasında Olimpiya təsnifat turnirində Ukrayna yığması Keniyaya qalib gəlib
12.04.2008 - 13:56
Bakı. Kənan Həsənov – APA-Sport. Bu gün Bakıda qadın otüstü hokkey komandaları arasında Olimpiya təsnifat turniri start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, turnirin açılış oyununda İspaniya millisi Belarusa 4:0 hesabı ilə qalib gəlib. Digər görüşdə Ukrayna yığması Keniyanı məğlub edib – 6:0. Saat 16:00-da isə Azərbaycan milli komandası ilk görüşünə çıxacaq. Pakistanlı mütəxəssis Tahir Zamanın rəhbərlik etdiyi yığmamız Çili ilə qarşılaşacaq.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə birinci yeri tutan komanda Pekin Yay Olimpiya Oyunlarına qatılmaq imkanı verən yeganə lisenziyaya sahib çıxacaq.
Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirdə birinci yeri tutan komanda Pekin Yay Olimpiya Oyunlarına qatılmaq imkanı verən yeganə lisenziyaya sahib çıxacaq.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0