Dünya kubokunda Azərbaycan beş kamandan oxatanla təmsil olunacaq
12.04.2008 - 14:48
Bakı. Aqşin Əliyev-APA-Sport. Aprelin 13-də Xorvatiyanın Porek şəhərində kamandan oxatma üzrə dünya kubokunun Qran Pri yarışları keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Azərbaycan turnirə 5 idmançısı ilə təmsil olunacaq. Bunlar Azərbaycan çempionları və beynəlxalq yarışların qalibləri Svetlana Simonova, Emil Akçurin, Səidə Orucova, Elçin Babayev və Raman Vingerindir. Aprelin 20-də başa çatacaq turnirdə idmançılarımızı məşqçi Svetlana Selikovskaya müşayət edəcək.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0