Avropa çempionatında Azərbaycanın daha 3 samboçusu bürünc medal qazanıb
30.04.2008 - 17:51
Tbilisi. Elşən Məmmədov-APA-Sport. Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında idman sambosu üzrə kişi və qadınların mübarizəsinə yekun vurulub. Azərbaycan milli komandası bu gün daha 3 bürünc medal qazanıb. Bu haqda «APA-Sport» agentliyinə yığmamızın baş məşqçisi Mübariz İbrahimov məlumat verib. Onun sözlərinə görə, samboçularımızdan Emin Həsənov (68 kq), Zaur Paşayev (82 kq) və Anar Əliyev (100 kq) 3-cü yeri tutublar. Elçin Mayılov (57 kq) isə mükafatçılar sırasına düşə bilməyib.
Qeyd edək ki, qitə birinciliyinin ilk günündə İslam Qasımov (52 kq), Tərlan Kərimov (62 kq) və Araz Muxtarov (74 kq) bürünc medala sahib çıxıb. Sabah döyüş sambosu üzrə yarışlar keçiriləcək. Ölkəmizi 9 mümkün çəki dərəcəsindən 5-də Rəşid Fərziyev (57 kq), Qasım Rəcəbov (62 kq), Mobil Hüseynov (68 kq), Elşən İbişov (74 kq) və Nadir Məmmədli (82 kq) təmsil edəcək.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0