İyunda Azərbaycanda ilk dəfə stolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək
01.05.2008 - 13:22
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycanda stolüstü tennis üzrə ilk dəfə beynəlxalq turnir keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə milli komandanının baş məşqçisi Aleksandr Zudov məlumat verib. Onun sözlərinə görə, Bakı Olimpiya Kompleksində təşkil olunacaq yarış keçmiş SSRİ-nin ilk çempionu, azərbaycanlı Mais Şeydabəyovun xatirəsinə həsr ediləcək. İyunun 22-də start götürəcək turnirə müxtəlif ölkələrdən 14 yaşadək oğlan və qızlar qatılacaqlar. Bu məqsədlə artıq qonşu dövlətlərin stolüstü tennis federasiyalarına dəvət göndərilib.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0