Kristin Freyzer: “Vankuver olimpiadasından sonra karyeramızı başa vuracağıq”
01.05.2008 - 17:07
Rusiyada anadan olan İ.Lukanin bir qədər həyəcanlı olduğunu söyləyib: “Biz indiyədək bir çox şoularda iştirak etmişik. Bu gün isə Bakıda, azarkeşlərimiz qarşısında proqram yerinə yetirəcəyik. Onlara xoş anlar yaşadacağımıza inanıram”. ABŞ-lı K.Freyzer isə 2010-cu ildə Kanadanın Vankuver şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarından sonra karyeralarını başa vuracaqlarını qeyd edib: “İndiyədək Azərbaycanı iki olimpiadada təmsil etmişik. Kanadada keçiriləcək yarış bizim üçün sonuncu olacaq. Ona görə də Vankuver olimpiadasının yaddaqalan olmasına çalışacağıq. Bu gün təşkil olunacaq şouda da azarkeşlərə maraqlı proqram təqdim edəcəyik”.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0