Bakıda keçirilən Qran-Pri turnirində problem yaranıb
01.05.2008 - 17:19
Bakı. Anar Cəfərsoy - APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində problem yaranıb. Belə ki, IX tur çərçivəsində Sergey Karyakin (Ukrayna) – Maqnus Karlsen (Norveç) görüşündə saatlar dayanıb. Yarışın baş hakimi, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov “APA-Sport” agentliyinə açıqlamasında xəbəri təsdiqləyib. Onun sözlərinə görə, hər iki qrossmeysterin saatı gözlənilmədən sıfır göstərib: “Ancaq problemi aradan qaldırdıq. Yəni saatları bərpa etdik”. Federasiya rəsmisi Azərbaycan şahmatçılarının turnirdəki çıxışına da toxunub: “Hesab edirəm ki, hələlik şahmatçılarımız zəif nəticə göstərməyiblər. Turnirin gedişi elədir ki, hər üç təmsilçimizin qalib olmaq şansı var. Deməli, indiki durum yaxşıdır”.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0