Sabah Bakıda universal döyüş üzrə beynəlxalq turnir start götürəcək
02.05.2008 - 11:07
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah “ABU-Arena” İdman Kompleksində kişi və qadınlar arasında universal döyüş üzrə beynəlxalq turnir başlanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Özbəkistan və Nigeriya idmançıları mübarizə aparacaqlar. Digər ölkələrdən fərqli, Azərbaycan turnirə hərəsi 16 döyüşçüdən (9 kişi və 7 qadın) ibarət iki komanda ilə qatılacaq. Rəsmi açılış mərasimi sabah saat 17:15-də olacaq. Tədbirdə Avropa Universal Döyüş Federasiyasının prezidenti Natiq Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər qonaqlar iştirak edəcəklər. Mərhum prezident Heydər Əliyevin 85 illiyinə həsr olunacaq yarış mayın 4-də yekunlaşacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0